Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ” və “Düdelanj” komandalarının start heyətləri açıqlandı

Reklam: High Technic

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, ardıcıl 6-cı dəfə qrupda çıxış edən Ağdam təmsilçisi ilk səfər matçında “Düdelanj”la görüşəcək.

I turda İspaniyanın “Sevilya” komandasına 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk qələbəsini Lüksemburqda qazanmağa çalışacaq. “Josi Bartel” stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb.

Klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.

Avropa Liqası

A qrupu, II tur

3 oktyabr

23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)

Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi

Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kols, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirş, 27. Adel Bettayeb, 28. Şarl Morren

Baş məşqçi: Bertran Krasson

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Fayçal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Con Biton (Şotlandiya)/APA/

www.yenicag.az

518
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM