!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ veteranlarının təqaüdləri artırılacaq? – Deputat AÇIQLADI

!Reklam – Yazi

“Bizim götürdüyümüz inkişaf sektoru onu göstərir ki, müharibə veteranları, qazi və şəhid ailələrinə dövlət tərəfindən mükəmməl formada köməklik göstərilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müharibə veteranları, qazi və şəhd ailələrinin sosial rifahının yaxşılaşdırılmasından danışan deputat Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, hökümətimiz addım-addım istər müharibə veteranları, istər qazi və şəhid ailələrinə imtiyazların sayını, imkanlarını artırır:

“Müharibə veteranları, istər qazi və şəhid ailələri üzvlərinin işlə təmin olunması ilə regionumuzda çox ciddi məşğulam. Elə müraciətlər var ki, onlara müəyyən vaxt tələb olunsa da, təxminən hər 10 müraciətdən 8-i dərhal həyata keçirilir. Bizim götürdüyümüz inkişaf sektoru onu göstərir ki, müharibə veteranları, qazi və şəhid ailələrinə dövlət tərəfindən mükəmməl formada köməklik göstərilir”.

R.Quliyev qeyd edib ki, Milli Məclisdə iclaslarımızda bu məsələləri hər zaman qaldırırıq:

“Qeyd edim ki, biz Milli Məclisdə iclaslarımızda bu məsələləri hər zaman qaldırırıq. Təbii ki hər şey büdcənin imkanlarından, ümumi iqtisadi artımdan asılıdır. Hazırda Qarabağa böyük qayıdış çərçivəsində orada yaradılan infrastruktur, abadlıq, iş yerlərinin açılması, insanların komfortun yaradılması üçün də işlər davam etdirilir.
Eyni zamanda, bəzi Avropa ölkələrinin təsirlərinin önünü almaq və Azərbaycanın özünü bu təsirlərdən qoruması üçün imkanlarını artırması da təhlükəsizlik problemlərinin yaranmaması üçündür. Bunların hamısı da kifayət qədər vəsait tələb edir.

Qeyd edim ki, müharibə veteranları, qazi və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması hər zaman gündəmdədir. Müavinətlər, maaşlar və digərləri infilyasiyaya bağlı olan məsələlərdir. Aiddiyatı qurumlar da infilyasiyanın minimum səviyyəyə çatdıra biliblər. Biz millət vəkilləri olaraq hər dəfə çıxışlarımız da bu məsələləri dilə gətirirərək, xahiş və təkliflərimizi edirik”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv