Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.
Qurban Qurbanovun komandası doğma divarlar arasında Ukraynanın “Vorskla” klubunu qəbul edib.
Qonaqların ikinci hissəsinin əvvəlində vurduğu qol matçda həlledici olub – 0:1.
Qeyd edək ki, E qrupunun digər oyununda “Sportinq” “Arsenal”a eyni hesabla uduzub.
25 oktyabr
Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) – 0:1
Qol: Kulaç, 48
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı Olimpiya Stadionu