!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri”nə yekun vuruldu - FOTO

!Reklam – Yazi

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri” layihəsinə Laçın şəhərində 8 noyabr Zəfər bayramı günündə yekun vurdu.

Tədbir ilk öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Açılış nitqi ilə çıxış edən Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə, Ağcabədi, Zəngilan, Füzuli və Laçın rayonlarında həyata keçirilən layihə barədə məlumat verdi və layihəni dəstəklədiyinə görə Agentliyə minnətdarlığını bildirdi.Vüqar Qədirov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən Vətən Müharibəsində 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyondan artıq soydaşlarımızı öz dədə-baba torpaqlarından zorla çıxararaq qaçqına, məcburi köçkünə çevirən, 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədən, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistanı darma-dağın edərək kapituliyasiya aktını imzalamağa məcbur etməklə öz ərazi bütovlüyünü bərpa etdiyini, Laçın, Ağdam, Kəlbəcər rayonlarının bir güllə atılmadan Azərbaycana qaytarıldığını bildirdi. Natiq çıxışında Müzəffər Ordumuzun 2023-cü ilin sentyabr ayının 20-də bir gündən də az apardığı antiterror əməliyyatı nəticəsində Qarabağda öz Dövlət suverenliyini bərpa etdiyini, bununlada Azərbaycan torpaqlarında yuvalanmış, 200 ildən artıq terror, təxribat, işğal siyasəti həyata keçirən ermənilərə və ona havadarlıq edən dövlətlərin təcavüzkar siyasətinə birdəfəlik son qoyduğunu qeyd etdi.

Vüqar Qədirov 30 ilə yaxın sülhyarta missiyası adı altında ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnaməni yerinə yetirməsi üçün ermənistana heç bir təzyiq göstərmədiyini, bağlı qapılar arxasında bu münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirməklə Azərbaycanı təslimçi sülhə imza atmağa məcbur etməyə çalışdıqlarını, öz güclü iradəsi, Dövlət-Xalq birliyi nəticəsində ləyaqətli müharibə apararaq işğal altındakı torpaqlarını düşmən tapdağından azad edən Vətənimiz Azərbaycana qarşı ən çirkin böhtan, iftira kompaniyası aparmaqla təzyiq göstərməyə, revanşist qüvvələrə dəstək verməklə müqəddəs qələbəmizi şübhə altına almağa çalışdıqlarını bildirdi.
“Böyük Qayıdış Dövlət Proqramı” çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərinin sürətlə davam etdiyini, Laçın şəhərinin də simasını dəyişərək ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirən natiq Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəsi cənab Məsim Məmmədova və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşlarına öz minnətdarlığını bildirdi.

Layihənin psixoloqu, “Zirvə” Mədəniyyət və incəsənət ictimai birliyinin sədri, Birinci Qarabağ Müharibəsinin veteranı, şair Şahin Qədirov çıxışında düşmən üzərində qazandığımız qələbənin bütün Xalqımızın mənəvi-psixoloji durumuna öz müsbət təsirini göstərdiyini, bütün keçmiş məcburi köçkün əhalinin tezliklə öz dədə-baba yurduna qayıtmalarını səbrsizliklə gözlədiklərini bildirdi. Şahin Qədirov: “Birinci Qarabağ Müharibəsində tələbə ikən Laçına könüllü olaraq döyüşə gəldim, lakin vahid komandanlığın olmaması, pərakəndəlik nəticəsində biz Laçın kimi Vətən torpaqlarını qoruya bilmədik. Uzun illər qaçqın, məcburi köçkün adını daşımağa məcbur olduq ki, bu da hər birimizdə mənəvi sarsıntı, depressiyanın yaranmasına səbəb oldu. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz 21-ci əsrin müharibəsin apararaq işğal altındakı torpaqlarımızı azad etdik, bu gün qürurla Laçın şəhərinin daimi sakinləri ilə Zəfər bayramı günü bir aradayıq. Layihə çərçivəsində Füzulidə, Zəngilanda bu gün isə Laçın şəhərində daimi məskunlaşmış həmvətənlərimizin necə məğrur, Vətəninə bağlı, hər birinin qurub yaratmaq əzmini görəndə insanın ruhu daha da təzələnir, yaşamaq həvəsi daha da artır” deyən deyən natiq bayram günü münasibətilə Xalqımızı təbrik edərək çıxışına yekun vurdu.

Layihənin eksperti Turanə Orucova Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurda görülən işlər barədə məlumat verdi. O, çıxışında Laçında, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda, Kəlbəcərdə, Xocalıda, Xankəndidə, Qubadlıda və s. rayonlarımızda aparılan tikinti -quruculuq işlərindən, yüksək infrastruktura malik yaşayış komplekslərində yaşayan sakinlərin işlə təmin olunmasından, gələcəkdə həmin ərazilərdə yeni iş yerlərinin açılması üçün görülən işlərdən danışdı.

Laçın şəhər Lasinema klubda keçirilən möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda Xüsusi nümayəndəsi Məsim Məmmədov, Xüsusi nümayəndəliyin əməkdaşları, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Laçın şəhər sakinləri iştirak edirdilər.

Tədbirdən sonra Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda Xüsusi nümayəndəliyinin və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkil etdiyi böyük konsert proqramı hər bir iştirakçıda böyük əhval-ruhiyyə və xoş ovqatın yaranmasına səbəb oldu.

COP29

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv