!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"dan növbəti qələbə - Qurbanov şərh etdi

!Reklam – Yazi

Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Qazaxıstanın “Kayrat” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyirləndirib: “Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.

Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: “Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda bizim futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xəttdəki oyunçulardan çox şey asılıdır”.

Təcrübəli baş məşqçi görüş ərzində səbirli olduqlarını sözlərinə ələvə edib: “Mən oyunçulara da deyirdim ki, öz oyunumuzundan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlarda da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq”.

Mütəxəssis Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: “İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq”.

Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: “Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər”.

***

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” klubu Qazaxıstanın “Kayrat” klubunu qəbul edib.

Yenicag.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində qolları Ramil Şeydayev (79-cu dəqiqə) və Abbas Hüseynov (90+1-ci dəqiqə) vurublar, qonaqların yeganə qolunu isə oyunun 19-cu dəqiqəsində penalti zərbəsindən Kante vurub.

Qeyd edək ki, “Qarabağ” 3 oyundan sonra 7 xalla qrupda liderdir. İkinci yerdə 4 xalla “Bazel” (2 oyun keçirib), üçüncü yerdə 1 xalla “Kayrat”, dördüncü yerdə isə 1 xalla “Omoniya” (2 oyun keçirib) qərarlaşıb.

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv