“Qarabağ”dan Qara Qarayev qərarı

“Qarabağ”da Qara Qarayevin taleyinə aydınlıq gəlib. Yeniçağ.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Ağdam klubunda davam etdirəcək.

Saytımıza verilən məlumata görə, bununla bağlı artıq tərəflər arasında razılaşma da olub. Qarşıdakı günlərdə klub rəhbərliyi Qarayevin başa çatan müqaviləsinin müddətini daha 2 il artıracaq.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ”ın yetirməsidir.
Yeniçağ.az