Ronaldonun rekordunu təkrarladı

media-hightechnic-468x90

“Barselona”nın futbolçusu Rafinya Çempionlar Liqasında Kriştianu Ronaldunun bir mövsümdə vurduğu qol və məhsuldar ötürmə rekordunu təkrarlayıb.

Yenicag.az xəbər verir ki, braziliyalı hücumçu bunu ötən gün yarımfinal mərhələsində İtaliyanın “İnter” komandası ilə keçirilmiş cavab oyununda fərqlənməklə reallaşdırıb.

28 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində bu mövsüm Çempionlar Liqasında 21 qolun (13 qol və 8 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib.

“Sambaçı” bununla da hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinən Ronaldunun 2013-2014-cü illər mövsümündə “Real Madrid”in heyətində Çempionlar Liqasındakı göstəricisini (17 qol və 4 məhsuldar ötürmə) təkrarlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa