““Qarabağ”ın Avropa xəyalı ən pis formada sona çatdı”

media-hightechnic-468x90

7yjeje5kerİspaniyanın “Marca” nəşri “Qarabağ”-“İnter” oyununu idarə edən hakimlərin səhvindən yazıb.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”- “İnter” oyunundakı hakim ədalətsizliyi İspaniyanın idman xəbərləri üzrə ixtisaslaşmış ən məşhur media qurumu “Marca”nın da diqqətini cəlb edib. Oyundan dərhal sonra ispan nəşrinin rəsmi internet səhifəsində “Qarabağ” “İnter”ə qarşı oyunda haqsız olaraq yarışdan kənarlaşdırıldı” başlığı ilə xəbər dərc olunub.

“Marca” “Qarabağ”ın tarix yazmaq üçün meydanda əlindən gələni etdiyini qabardıb. Müəllif 94-cü dəqiqədə Azərbaycan təmsilçisinin vurduğu qolu ətraflı təsvir edir.

Həmçinin qol epizodunun fotosunun da yerləşdirildiyi materialda deyilir: “Şəkildən də gördüyünüz kimi, Riçard düzgün mövqedədir və qol hesaba alınmalı idı. Hakim yerli futbolçuların xahişlərinə məhəl qoymadı və “Qarabağ”ın Avropa xəyalı mümkün ola biləcək ən pis formada sona çatdı”.(azertac)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600