“Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm” – Qurban Qurbanov

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”yə 0:6 hesabıyla məğlub oldu.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonrakı mətbuat konfransında öz fikirlərini bildirib:

“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq. “Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuzu keçirməyimizlə bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.