Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.
Yenicag.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.
“Qarabağ” ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-10-u, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək.