“Qarabağ”ın oyunçusu onu tənqid edənlərin cavabını verdi

“Qarabağ”ın oyunçusu Dino Ndlovu klubu yenidən Azərbaycan çempionu olduqdan sonra “intagram”dan onu tənqid edənlərə cavab verib. Yeniçağ.az-ın xəbərinə görə, afrikalı futbolçu sosial şəbəkədəki hesabında bunları yazıb:

“Yadımdadır, onlar mənə deyirdilər ki, sən yaxşı oyunçu deyilsən. Amma hansı şəraitdə oluramsa-olum, heç vaxt ruhdan düşmədim, məqsədimə doğru getdim”.

Qeyd edək ki, Dino Ndlovunun bu sözləri Cənubi Afrika millisinin baş məşqçisinə ünvanladığı ehtimal edilir. O Ephraim Maşabanın rəhbərliyi altında oynamayacağını bildirərək ötən ildən millinin imtina edib.

Yeniçağ.az