“Xorvatların dəyişməz çempionu “Dinamo Zaqreb” avrokuboklarda istənilən rəqib üçün arzuolunmazdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ”ın 3-cü təsnifatda mərhələ adladığı təqdirdə pley-off mərhələsində üz-üzə gələcəyi Xorvatiyanın “Dinamo Zaqreb” komandası haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, budəfəki püşkü uğurlu saymaq çətindir:
“Düşünürəm ki, bu dəfə çətin püşk oldu. Xorvatların dəyişməz çempionu “Dinamo Zaqreb” avrokuboklarda istənilən rəqib üçün arzuolunmazdır. “Dinamo” böyük tarixə, Avropa ənənəsinə malik, həmişə sona qədər yarışan, təslim olmayan komandadır, heyətində də təhlükəli oyunçular var. Bu püşkü uğurlu saymıram. Çətin olacaq. Ancaq çox tələsməyək. Əvvəlcə “Ludoqorets” keçilməlidir. Çünki bolqarlar da sıradan rəqib deyillər. Heç kim hazırda Zaqrebə səfəri düşünmür. 3-cü təsnifatı keçəndən sonra bu barədə ətraflı danışmaq olar”.
İsmayıl Bakuvi
www.yenicag.az