!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi" azarkeşləri "Qarabağ"la oyunu izləmək üçün pul ödəməli olacaq - Qiymət açıqlandı

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu flaqmanın azarkeşləri üçün ödənişli olacaq.

Yenicag.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, oyunu izləmək istəyən paytaxt təmsilçisinin fanatları üçün Tofiq Bəhramov adına Respublika stadionunun 5-ci və 6-cı sektorlarında yer ayrılacaq.

Bilet satışı oyun günü saat 15:00-dan etibarən həmin stadionda həyata keçiriləcək. Biletlərin qiymətinin bir manat olacağı nəzərdə tutulub.

Qeyd edək ki, görüş fevralın 3-də saat 18:30-da başlanacaq.

www.yenicag.az

1847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv