!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”la “Qəbələ” heç-heçə etdi

!Reklam – Yazi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, turnirin son qalibi “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Azersun Arena”da baş tutan görüşdə hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Emil Səfərov fərqlənib. Birinci hissə “Qəbələ”nin üstünlüyü ilə yekunlaşıb. 56-cı dəqiqədə hesabı bərabərləşdirən Musa Qurbanlı 84-cü dəqiqədə komandasını önə keçirib. Görüşdə son nöqtəni isə Omar Hani qoyub. İordaniyalı yarımmüdafiəçi 87-ci dəqiqədə vurduğu topla “Qəbələ”ni məğlubiyyətdən xilas edib.

Cavab matçı dekabrın 19-da baş tutacaq. Günün digər görüşündə “Zirə” öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək./Report/

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv