Qaradağda ağır qəza – 1 ölü, 1 yaralı- VİDEO

Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Yenicag.az xəbər verir ki, hadisə dairəvi yolda qeydə alınıb. “Mercedes” markalı avtomobil 33 yaşlı Ağayev Kamil Ağamalı oğlu və 30 yaşlı Nicat Vahabovu vurub. Sürücü hər iki yaralını deformasiyaya uğrayan avtomobilinə əyləşdirərək xəstəxanaya çatdırmaq istəyib. Qəzalı avtomobil ilə hərəkət edə bilməyəndə yaralıları taksi ilə xəstəxanaya gətirib.Piyadalara tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq, Kamil Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.