Azərbaycanlı tələbələr Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
Azərbaycanlı tələbə birlikləri Türkiyənin paytaxtı Ankarada müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə xatirə ziyarəti təşkil ediblər.
Yenicag.az xəbər verir ki, ziyarət çərçivəsində tələbələr Ankarada yerləşən Heydər Əliyev parkına toplaşaraq, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycan gəncliyi üçün örnəkdir və gələcək nəsillər tərəfindən dərin ehtiramla yaşadılır.
Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə yekunlaşıb.