Almaniya kansleri Trampı ticarət müharibəsini dayandırmağa ÇAĞIRDI
Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampa ticarət müharibəsini dayandırmağa və tətbiq olunan tarifləri ləğv etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Mayın 9-da, Berlində kansler vəzifəsinə başladıqdan sonra Brüsselə ilk səfəri zamanı Merz bildirib ki, o, Trampa bu gömrük münaqişəsinin gərginləşməsinin ən yaxşı fikir olmadığını söyləyib.
“Ən yaxşı həll yolu hər şeyin hamı üçün ‘sıfıra endirilməsi’ olardı. Ən azından qısa müddətli perspektivdə ümid edirəm ki, tətbiq olunan tariflərin azaldılması istiqamətində addımlar ata biləcəyik”, – deyə Almaniya kansleri vurğulayıb.
Merz həmçinin, uzunmüddətli perspektivdə Aİ və ABŞ arasında ticarət razılaşması əldə olunacağına ümid etdiyini bildirib.
O, əlavə edib ki, Aİ və ABŞ qarşılıqlı “sıfır qarşısında sıfır” razılaşması əldə etməyə çalışmalıdılar və bu barədə Avropa Komissiyası artıq sənaye məhsulları ilə bağlı fikirlərini ifadə edib.