Qaradağda ağır qəza baş verdi-1 nəfər öldü

media-hightechnic-468x90

85165Bu gün saat 08 radələrində Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə Müşviq qəsəbəsində baş verib.

Beton zavodunun yaxınlığında “VAZ-21154” markalı, 03 BG 902 nömrəli minik maşını ilə “Kamaz” markalı 99 HP 328 nömrəli yük maşını toqquşub.

Qəza nəticəsində minik maşınının sürücü 1969-cu il təvəllüdlü Müşviq qəsəbə sakini İntiqam Sabiq oğlu Əsgərov yerindəcə keçinib.

Avtomobildə olan sərnişinlər 52 yaşlı Elşən Məhəd oğlu Babayev və 30 yaşlı Hacıağa Əlisurət oğlu İsrafilov yaralanıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600