!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qardaş Türkiyədə Çanaqala Zəfərinin 108-ci il dönümü qeyd olunur - FOTO

!Reklam – Yazi

Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə qardaş Türkiyənin Çanaqqala şəhərində təntənəli mərasim qeyd olunur.

Birinci dünya müharibəsinin gedişində Osmanlı dövləti ilə Antanta İttifaqı arasında baş verən dəniz və quru döyüşləri kimi tarixə keçən Çanaqqala Savaşı türk tarixinin qəhrəmanlıq nümunələrindən biri hesab olunur.

İttifaq dövlətləri, Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək, boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Lakin hücumları müvəffəqiyyətsiz olan və iki tərəfin də çox ağır itkilər verdiyi Çanaqqala Savaşı nəticəsində Antanta İttifaqı dövlətləri geri çəkildi.

Qeyd edək ki, bu döyüş dörd bir yandan işğala və xarici qüvvələrin talanına məruz qalan Osmanlı dövləti üçün dönüş nöqtəsi hesab olunur.
Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edildi.

Yenicag.az-ın Çanaqqalaya ezam olunmuş müxbiri xəbər verir ki, Çanaqqala savaşında qazalanılan tarixi Zəfərin 108-ci ildönümündə Türkiyə torpaqlarının müdafiəsi zamanı Şəhidlik mərtəbəsinə ucalmış Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunmuş abidənin də açılışı olub. Açılış mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov, iki ölkənin tarixi qardaşlıq əlaqələrinin keyfiyyətindən, həmrəyliyimizin bu gün də, keçmişdəki kimi ciddi əhəmiyyətindən bəhs edib.

Qeyd edək ki, abidənin təməli ötən il qoyulub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən inşa olunan abidə ilə qəhrəman Azərbaycan əsgərlərinin xatirəsi, uğruna qan tökdükləri torpaqlarda ölümsüzləşdirilib. Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə ucaldılan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə təqribən 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1960 kv.metr ərazini əhatə edir.

Heykəltəraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanan və milli ornamentlərin əks olunduğu bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilib. Barelyef 3 metr yüksəkliyindəki postament üzərinə yerləşdirilib və abidə onu tamamlayan sütunla birlikdə ümumi 13 metr hündürlükdədir.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv