Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qardaşı nazir müavini idi, özü nazir oldu – Bayramovlar ön planda

Hökumətin tərkibinin yenidən formalaşdırılması Bayramovlar ailəsinin statusunu daha da yüksəltdi.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyev bu gün Ceyhun Əziz oğlu Bayramovun təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

İxtisasca iqtisadçı və hüquqşünas olan Bayramov Mikayıl Cabbarovun təhsil naziri postuna gətirilməsindən sonra prezidentin sərəncamı ilə 2013-cü il avqustun 12-də onun müavini təyin olunub.

Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-də vergilər naziri təyin olunduqdan sonra təhsil nazirinin səlahiyyətləri məhz Bayramova həvalə olunub.

Maraqlıdır ki, Bayramov öz ailə üzvləri arasında hökumətdə təmsil olunan yeganə kadr deyil. Onun özündən böyük qardaşı Azər Bayramov 2004-cü ildən etibarən, maliyyə nazirinin müavini vəzifəsini tutur. Onun nazir olacağı gözlənilirdi, şans qardaşına güldü.

Qeyd edək ki, Ceyhun Bayramov həm də 2012-14-cü illərdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun yeznəsidir.

Biri nazir, digəri isə nazir müavini olan Bayramov qardaşlarının hökumətin tərkibində birgə təmsilçiyinin nə qədər davam edəcəyini isə zaman göstərəcək.

www.yenicag.az

4872
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100