!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarsda və İğdırda azərbaycanlıların çoxluq təşkil etdiklərini söyləmək artıq mümkün deyil” – MÖVQE

!Reklam – Yazi

“Dövlətin həmin bölgələrə diqqəti artırması sayəsində geri köçün başlamasını təmin etmək olar”.

Bu fikirləri azərbaycanlıların yığcam yaşadıqları Türkiyənin Qars və İğdır bölgələrində keçirilən seçkilərdə terrorçu PKK-nın siyasi qanadı olan kürd partiyasının üstünlük qazanmasının səbəblərindən danışan politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin sabiq hakimiyyətlərinin diqqətsizliyi nəticəsində adları çəkilən bölgələrdə demoqrafik durum xeyli dəyişib:

“Çox təəssüf ki, Qarsda və İğdırda azərbaycanlıların çoxluq təşkil etdiklərini söyləmək artıq mümkün deyil. Bunun da əsas səbəbi o vilayətlərin coğrafi vəziyyətindən irəli gələn çətinliklər və dövlətin zamanında o problemlərin həlli üçün addımlar atmamasıdır. Əhali də daha yaxşı dolanışıq üçün qərbə – İsstanbul, İzmir və başqa böyük şəhərlərə köç ettməyə məcbur olub.

Azərbaycanlıların Qars və İğdırdan kütləvi köçləri ilə əlaqədar boşalan yerlərdə kürdlər məskunlaşıblar və tədricən çoxalaraq demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. Bununla da seçici sayında üstünlüyə malik olduqları üçün seçkilərdə bu cür nəticələr qeydə alınır. Əlbəttə, əgər azərbaycanlılar o ərazilərdən köçmək məcburiyyətində qalmasaydılar, durum çox fərqli olardı.

Soydaşlarımızın köç etdikləri ərazilərə geri dönmələri mümkündür. Ancaq bunun üçün dövlət həmin vilayətlərə yatırımı artırmalı, həyat şəraitini yaxşılaşdırmaq yönündə addımlar atmalıdır. Sabiq iqtidarlardan fərqli olaraq, Ərdoğan hakimiyyəti dönəmində bu sahədə müəyyən işlər görülür. Lakin bu işlərin miqyasının genişləndirilməsinə ehtiyac var. Yalnız o halda müsbət nəticəyə ümid etmək olar”.

A.Zeynalov

COP29

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv