Qatarın altına düşən oğlan danışdı

media-hightechnic-468x90

tttttttrBakı metrosunun “Ulduz” stansiyasında özünü qatarın altına atan şəxs danışı

“Qafqazinfo” xəbər verir ki, Respublikanın baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev Milli.Az-a açıqlamasında bildirib ki, hələlik şəxsiyyəti məlum olmayan yaralı bir anlıq özünə gəlib, sonra yenə onunla əlaqə kəsilib.

Bir neçə saniyə ərzində ayıq olan xəstə yalnız özünü öldürmək istədiyini deyə bilib. Adını da desə də, nə demək istədiyi anlaşılmayıb.

Direktorun sözlərinə görə, hazırda xəstə ayılmayıb, yaxınlarının gəlməsi gözlənilir. Yaralının qolu amputasiya olunub, dili qopub və yerinə tikilib.

Xatırladaq ki, martın 5-də saat 17 radələrində “Ulduz” sytansiyasında 20-25 yaşlarında kişi qatarın perrona girişi zamanı özünü relsin üzərinə atıb. Hadisə nəticəsində gənc ağır bədən xəsarəti alıb. Onun sağ qolunun bir hissəsi bədənindən ayırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa