Qatarlarda gediş-gəliş pulsuz olacaq

media-hightechnic-468x90

elektrikqatari20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.

Bu barədə QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, Tədbirlər Planına əsasən Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz həyata keçiriləcək.

Bundan başqa, plana əsasən cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi anım günü Şəhidlər Xiyabanını da ziyarət edəcək.

Qeyd edək ki, yanvarın 20-də saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa