Qaynını öldürən şəxs saxlanıldı

media-hightechnic-468x90

Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.

Bu barədə Yenicag.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.

Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur.

T.Qurbanov istintaqa təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa