Qaz partlaması 2 nəfərin ölümünə səbəb oldu

media-hightechnic-468x90

lplAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrinin birində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

ARDNŞ-dən verilən məlumata görə, bu gün “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları – 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.

Hadisənin səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600