Qazaxda bələdiyyənin 100 hektar ərazisi yandı

media-hightechnic-468x90

yanginermeniQazax rayonunun Fərəhli və Alpout kəndlərinin bələdiyyələrinə məxsus ərazilərdə 100 ha sahədə quru ot və kol-kos yanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yaxınlıqdakı biçilməmiş taxıl sahəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Füzuli rayonunun Kürdmahmudlu kəndinin ərazisində isə 35 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub, yanğın söndürülüb.

Cəlilabad rayonunun Sərhədabad kəndində də yanğın qeydə alınıb. Kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha kol-kos yanıb. Yaxınlıqdakı biçilmiş əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Xaçmaz rayonunun Alıcqışlaq kəndində baş verib. Toxumçuluq sovxozu ərazisində 50 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğınsöndürənlər yanğını söndürüblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600