!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda dəhşətli cinayət - Qardaşının arvadını çəkiclə döydü

!Reklam – Yazi

Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Yenicag.az

 

www.yenicag.az

1254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv