Qazaxda əl qumbarası tapıldı

media-hightechnic-468x90

Fevralın 3-də axşam radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib.

Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınıb.

ANAMA vətəndaşlara müraciət edərək bildirir ki, şübhəli əşyaya rast gəldikdə, dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verilməlidir:

“Unutmayın, partlamamış hərbi sursatlar da minalar qədər təhlükəli və ölümcüldür. Partlayıcı sursatlara yaxınlaşmayın, toxunmayın, onlara müdaxilə etməyə çalışmayın!”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05