Qazaxda evə basqın edildi: Ər-arvada xəsarət yetirildi

media-hightechnic-468x90

Qazaxda evə basqın edərək ər və arvada xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Yenicag.az-a bildirilib ki, naməlum şəxs iyunun 16-da axşam saatlarında rayonun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600