Qazaxda yanacaq daşıyan avtomobil yandı - Ölən var - YENİLƏNDİ

media-hightechnic-468x90

07.01.2026-cı il tarixində saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***
Qazaxda partlayış olub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Kənd ərazisində olan Qazax Neft Bazasında yerləşən yük avtomobilinin çəni partlayıb. Hadisə yerinə hazırda FHN əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa