Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsini Qızıl Ordanın varisi adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə o, milli qurultayda çıxışı zamanı deyib.
“Qazaxıstan Böyük Çölün köçəri sivilizasiyasının birbaşa varisidir. Mərkəzi Avrasiyanın geniş ərazilərində dövlət quruculuğunun tanınmış zirvəsi həmişə Qızıl Orda kimi dünyaca məşhur olan Cuci Ulusu olub”, – Tokayev bildirib.
O qeyd edib ki, bu orta əsr dövlətinin geosiyasi irsi bir sıra Avrasiya dövlətlərinin, o cümlədən Qazax xanlığının yaranması üçün əsas olub.
O, həmçinin ölkənin gerbindən də bəhs edib: “Qazaxıstanın gerbi anlamaq çox mürəkkəbdir, onda eklektizm və sovet dövrünün əlamətləri var. Əgər ümumi razılıq olarsa, bütün aspektləri obyektiv araşdıracaq və ictimai müzakirələr aparacaq xüsusi komissiya yaradıla bilər. Sonra Qazaxıstanın yeni milli gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan ediləcək”. /unikal
www.yenicag.az