Qazaxıstan və Qırğızıstan ticarət müharibəsi astanasındadır.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Orda.kz” nəşri məlumat yayıb.
Bildirilir ki, iyulun 1-dən Qazaxıstan EAEU KG kodu altında Qırğızıstanda sertifikatlaşdırılmış və ya lisenziyalaşdırılmış məhsulların dövriyyəyə buraxılmasına qadağa qoyub.
Qazaxıstan Ticarət Nazirliyinin müvafiq komitəsi Qırğızıstandakı laboratoriyaların malları lazımi səviyyədə sınaqdan keçirmədiyini və “boz” sertifikatlar verdiyini bildirib. Və bunu əsas gətirərək, Bişkekdən gələn məhsulların təhlükəsizliyinə şübhə ilə yanaşır.
Qırğızıstanın İqtisadiyyat Nazirliyi bu təşəbbüsü AİB-nin daxili bazarına qəsdən maneə kimi qiymətləndirib.
Avrasiya İqtisadi Birliyi (EAEU) beynəlxalq təşkilatdır və məqsədi üzv ölkələrin milli iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmaqdır. AİB-yə Qazaxıstan, Qırğızıstan, Belarusiya, Ermənistan və Rusiya Federasiyası daxildir.
Xuraman Etibarlı
www.yenicag.az