Qazaxıstanda fövqəladə vəziyyət rejimi uzadıldı

media-hightechnic-468x90

Qazaxıstanda yeni növ koronavirusla mübarizə məqsədilə 15 martda elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılıb.

media-banner_tkm

Yenicag.az Qazaxıstan prezidentinin rəsmi internet saytına əsasən (Akorda.kz) xəbər verir ki, bununla bağlı ölkə prezidenti Kasım Comərt Tokayev sərəncam imzalayıb.

Sərəncama əsasən Qazaxıstanda fövqəladə vəziyyət rejimi mayın 1-dək uzadılıb.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı yaradılmış coronavirus2020.kz saytındakı son rəqəmlərə görə ölkədə koronavirusa yoluxmuş şəxslərin sayı 1179-a yüksəlib. Bu günədək 150 nəfər müalicə alaraq sağalıb, 14 nəfər isə xəstəlikdən vəfat edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05