Qazaxıstanda qarayara epidemiyası: Karantin rejimi tətbiq edildi

media-hightechnic-468x90

Qazaxıstanın Qaraqanda vilayətinin Topar kəndində qarayara xəstəliyi aşkarlanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, üç kənd sakinində diaqnoz artıq təsdiqlənib. Daha iki nəfər qarayara şübhəsi ilə həkim nəzarətindədir. Müraciət edən 30 şəxs müəyyən edilib və onlar da nəzarət altında saxlanılır.

Kəndin girəcəyində avtomobillərin sanitar emalı üçün post quraşdırılıb və ərazidə karantin rejimi tətbiq edilib. İkinci giriş isə tamamilə bağlanıb. Bununla belə, sakinlərin hərəkəti məhdudlaşdırılmayıb.
Bölgə administrasiyası xəbər verir ki, heyvandarlıq və süd məhsullarının ixracı qadağan olunub.

Mənbə: Sputnik Qazaxıstan

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05