Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qazaxıstandakı rusdillilər niyə Tokayevə səs verdilər?

Reklam: Sinerji Pro

Dünən Qazaxıstanda prezident seçkiləri keçirilib.

7 nəfər prezidentliyə namizədliyini irəli sürüb:

– Jambıl Ametbekov, Qazaxıstan parlamentinin deputatı (Qazaxıstan Xalq Kommunist Partiyasından)
– Daniya Espayeva, millət vəkili (“Ağ yol” yaxud Qazaxıstan Demokratik Partiyasından)
– Amirjan Kosanov, jurnalist və ictimai fəal ( Birləşmiş Milli vətənpərvərlik Hərəkatından “Ult Taqdırı”)
– Toleutay Rahimbekov, Milli Aqrar Elmi Araşdırmalar Mərkəzinin rəhbəri (“Aul” partiyası)
– Amalgeldi Taspixov, Qərbi Qazaxıstan vilayəti üzrə Həmkarlar İttifaqları Regional Təşkilatının sədri (Həmkarlar Federasiyası)
– Kasım-Jomart Tokayev, Hazırda Qazaxıstanın prezidentidir. (“Nur Otan” partiyası)
– Tuqel Sadıbek, yazıçı və ictimai fəal (“Böyük Düzün Qartalları” hərəkatı)

Seçkiqabağı kompaniyada iki namizəd favoritlər sırasında idi. Bunlardan biri Qazaxıstanın hazırki prezidenti Kasım Jomart Tokaev, digəri isə müxalifəti təmsil edən siyasətçi Amirjan Kosaev olub.

Məşhur qazax yazıçı Madi Raimov Yenicag.az-a seçki prosesi və nəticələri ilə bağlı məlumat verib.

Ekspert qeyd edib ki, keçirilən seçkilərdə vətəndaşlar yüksək fəallıq göstəriblər.

“Səhər saatlarından bütün seçki məntəqələri seçicilərlə dolu idi. Seçicilərin fəallığı müşahidə olundu. Prezident vəzifəsi üçün 7 namizəd mübarizə aparırdı. Amma əsas mübarizə Tokaev və Kosanov arasında gedirdi. Qazaxıstanın 30 faizini təşkil edən rusdilli əhalisi Tokaevə səs verdilər. Bunun səbəbi Tokaevin əvvəlki kimi Rusiyaya yaxınlaşma siyasətini davam edəcəyi ilə bağlıdır. A.Kosanov isə milli-patriotik orientasiyaya malik olduğu üçün əhalinin rusdilli qismini bir az qorxudur. Hələ seçkiqabağı kompaniyada artıq bilinirdi ki, Qazaxıstanın rusdilli əhalisi Tokaevə səs verəcək” deyə Raimov qeyd edib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə seçkilərin nəticələri bunlardır:

– Jambıl Ametbekov, 167 249 səs, 1.83 faiz
– Daniya Espayeva 478 153 səs, 5.2 faiz
– Amirjan Kosanov1 472 733 səs, 16,02 faiz
– Toleutay Rahimbekov — 294 271 səs, 3,2 faiz
– Amalgeldi Taspixov 190 304 səs , 2,07 faiz
– Kasım-Jomart Tokayev — 6 504 054 səs — 70,76 faiz;
– Tuqel Sadıbek — 84 348 səs — 0, 92 faiz

Qazaxıstan MSK-nın sədr müavini Konstantin Petrovun dediyinə görə seçkilərdə ümumilikdə seçicilərin 77.4 faizi iştirak edib.

Qafqaz Ömərov

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1044
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM