İnsanların erkən ölümlərinin əsas səbəblərindən biri də düzgün qidalanmamaqdır.
Yenicag.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmalarda qazlı içkilərin insan orqanizminə mənfi təsir etdiyi müəyyən olunub.
Araşdırmalar nəticəsində 16 il ərzində ayda bir stəkandan az qazlı içki içənlərin 9,3, gündə 2 stəkan və ya daha çox qazlı içki içənlərin 11,5 faizinin dünyasını dəyişdiyi ortaya çıxıb.
Tədqiqatçılar araşdırma zamanı bədən kütlə indeksi, pəhriz, fiziki hərəkət, siqaret və təhsil kimi digər amilləri də nəzərə alaraq, növbəti qənaətə gəliblər: Gündə 2 stəkan qazlı içki içənlərin erkən ölüm riski ayda 1 stəkandan az qazlı su içənlərlə müqayisədə daha yüksəkdir. Nəticələrin həm şəkərli, həm də dadlandırıcı içkilərə aid olduğu və araşdırmada kişilərlə qadınlar üçün eyni nəticələrin əldə edildiyi vurğulanıb. Bundan başqa, tədqiqatçılar könüllülər arasında ölümün xüsusi səbəblərini araşdırıb. Belə qənaətə gəliblər ki, süni dadlandırıcılı içkilər tez-tez içildiyi halda, qan dövranında narahatlıqlar yaranır, bu da ölüm riskinə gətirib çıxarır.
Firuzə Alimova
www.yenicag.az