“Qəbələ” Avropa yolunda

media-hightechnic-468x90

bhyhyghuhÖlkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Qəbələ”nin hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi əvvəlcədən nəzərdə tutulan 2 mərhələli toplanışdan imtina edib.

Belə ki, ilk mərhələ üçün Türkiyənin Bolu şəhərində 1 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulsa da, vaxt azlığından buna ehtiyac duyulmayıb. Əvəzində “Qəbələ” hazırlıqlarını birbaşa Mərkəzi Avropa ölkəsində keçirəcək.

Avstriya və Sloveniya üzərində seçim edən “qırmızı-qaralar” 2-ci ölkəyə üstünlük verib. Komanda Sloveniyaya iyunun 12-də yola düşəcək və hazırlıqlar 15 gün davam edəcək. Ancaq püşkatmanın nəticəsindən asılı olaraq, ölkə xaricindəki toplanışın müddəti uzana da bilər.

Qeyd edək ki, “Qəbələ” Sloveniya toplanışı zamanı 5 yoxlama oyunu keçirməyi nəzərdə tutub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600