Bu gün Azərbaycan kubokunda 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.
Qarşılaşma “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı-qaralar”a kubok qazandıran qola Stiven Monroz imza atıb.
19 may
Azərbaycan kuboku, final
17:00. “Qəbələ” – “Sumqayıt” – 1:0
Qol: Stiven Monroz, 4
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu
www.yenicag.az