“Qəbələ” Küveyt klubu ilə oynayacaq

media-hightechnic-468x90

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.

Yenicag.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qırmızı-qaralar” Küveytin “Əl-Yarmuk” klubu ilə üz-üzə gələcək. Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, ötən mövsüm Küveyt çempionatının 1-ci liqasının qalibi olan “Əl-Yarmuk” Premyer Liqaya vəsiqə qazanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa