“Qəbələ” REŞ-də təmir işləri aparılıb
“Qəbələ” Regional Elektrik Şəbəkəsində (REŞ) cari ilin son üç ay ərzində 110 kV-lik “Cəfərabad” yarımstansiyasında 10 MVA gücündə transformator və sözügedən gərginlikdə bir dəst xətt ayrıcısı təmir edilib.
“Azərenerji”dən verilən məlumata görə, eyni zamanda 110 kV-lik “Cəfərabad” hava xəttinin bir kilometrin də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və yarımstansiyanın dayanıqlılığı daha da möhkəmləndirilib. “Şəki” yarımstansiyasında isə 6 ədəd RLND tipli şin ayrıcısı və xətt ayrıcısı, üç ədəd 35 kV-lik yağ açarı təmir olunub.
35 kV-lik “Qoxmuq”, “Aşağı Göynük”, “Zəngəran” və digər yarımstansiyalarda ümumi gücü 38 MVA dan artıq olan 10 güc transformatorunda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib və paralel olaraq müxtəlif gərginlikdə olan 170-ə yaxın elektrik avadanlıqlarında da təmir və sazlama işləri aparılıb.
Son üç ay ərzində müəssisənin xidməti ərazisində 110 kV-lik “Zaqatala”, I, III və IV “Şəki”, “İsmayıllı” və digər hava xətlərində (HX) həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 9,3 kilometr məsafədə 110 kV-lik, 5,4 kilometr məsafədə isə 35 kV-lik HX əsaslı təmir olunub. (azadinform.az)