!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açıldı - YENİLƏNDİ

!Reklam – Yazi

Daha bir ağır cinayətin üstü açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, prokurorluq və polis əməkdaşlarını birgə fəaliyyəti nəticəsində 3 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun 25 dekabr 2021-ci il tarixdə qeyri-aşkar şəraitdə aldığı xəsarətlərdən ölməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, əməli törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

Oğuz rayon prokurorluğunda cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və rayon polis şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan 1973-cü il təvəllüdlü Mübariz Sultanovun arvadına qarşı xoşagəlməz ifadələr işlətməsini eşidərək Bəxtiyar Salahovu cəzalandırmaq məqsədilə sonuncunu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Mübariz Sultanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

***

10:51

Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, 2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

COP29

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv