Prezident İlham Əliyevin Qəbələ rayonuna ötən həftə baş tutan səfərindən narazı qayıtdığı bildirilir.
Yenicag.az-a daxil olan məlumata görə, prezident İlham Əliyev Qəbələdə koronavirusa yoluxan xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın tikildiyi ərazinin düzgün seçilməməsindən narazı qalıb.
Bu barədə iradını rayonun icra başçı Səbuhi Abdullayevə bildirən prezident İlham Əliyevin onu yarıtmaz fəaliyyətinə görə danladığı qeyd olunur.
Qeyd edək ki, haqqında danışılan modul tipli xəstəxana Qəbələ Rayon Müalicə və Diaqnostika Mərkəzinin qarşısındakı boş ərazidə, yol kənarında inşa edilib.
www.yenicag.az