Qəbələdə yaşayış evi yandı

media-hightechnic-468x90

Qəbələdə fərdi yaşayış evində yanğın baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Kürd kəndində 1986-cı il təvəllüdlü Atakişiyev Pərviz Məsim oğluna məxsus evdə qeydə alınıb.

Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Hadisə nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları və evin içərisindəki əşyalar tamamilə yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa