“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.
Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” “Nürnberq”in müdafiəçisi Deyv Bultuisi heyətə cəlb ediblər.
Daha öncədən İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famussa Kone ilə anlaşan Roman Qroqirçukun komandası Bultuisi də rəsmən transfer edib. 27 yaşlı müdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub.
2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.