Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında YENİLİK

media-hightechnic-468x90

Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib.

Yenicag.az-ın verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən, qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədilə bələdiyyə tərəfindən Komissiya yaradılıb. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil idi.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvəzləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600