Sumqayıt şəhərində kişi meyiti tapılıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, adı hələ ki, istintaqa bəlli olmayan təqribən 40-45 yaşlı kişinin meyiti Sumqayıt şəhər qəbiristanlığında aşkar edilib.
Araşdırma zamanı şəxsin bir neçə gün bundan qabaq öldüyü, hətta bədənində çürümə getdiyi də məlum olub.
Faktla bağlı araşdırma aparılır.