Türkiyə hələ də İsraillə ticarətə davam edir?

media-hightechnic-468x90

Türkiyənin Ticarət Nazirliyi İsrail ilə ticarətin davam etdiyinə dair yayılan xəbərləri təkzib edib. Nazirliyin açıqlamasında, bu iddiaların yalan və manipulyasiyaya əsaslandığı bildirilib.

Yenicag.az xəbər verir ki, rəsmi məlumatda qeyd olunub ki, 2 may 2024-cü ildən etibarən İsrail ilə ticarət tamamilə sıfırlanıb.

Bu tarixdən sonra gömrüklərdə və sərbəst zonalarda İsrail ilə heç bir ticarət əməliyyatı həyata keçirilmir.

Nazirlik bəzi KİV-lərin “2024-cü ildə İsrailə 2,8 milyard dollarlıq mal ixrac edildiyinə” dair iddiaları da rədd edərək ilin ilk dörd ayında bu rəqəmin 1,5 milyard dollar olduğunu, bunun da bir hissəsinin Fələstin üçün nəzərdə tutulduğunu bildirib.

Açıqlamada vurğulanıb ki, Türkiyə Fələstin məsələsində prinsipial mövqeyinə görə 9,5 milyard dollarlıq xarici ticarətdən könüllü şəkildə imtina edib və İsrailə qarşı ən sərt tədbirlər görən ölkələrdən biridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600