Azərbaycan futbolunda DƏHŞƏT: Oyunçunun dili qatlandı

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan I Liqasında XXVII turun “Mingəçevir” – “Karvan” görüşünün ikinci hissəsində məcburi fasilə yaranıb.

Yenicag.az “Teleqraf”a istinadən xəbər verir ki, “Karvan”ın oyunçusu İzzət Müştaqovun dili qatlanıb.

Təcili yardım briqadası maşınla stadiona daxil olub.

Həmin vaxt hesab 1:0 Mingəçevir komandasının xeyrinə olub.

Ağır vəziyyətdə olan oyunçuya ilkin yardım göstərilib.

Tamaşaçılar uzun müddət ilkin yardım edilən futbolçuya dəstək nümayiş etdirərək, yardım boyu “İzzət”, “İzzət” şüarları səsləndiriblər.

Daha sonra yaralı oyunçu xəstəxanaya aparılıb.

10 dəqiqəlik fasilədən sonra oyun davam edib.

Hazırda meydan sahibləri elitaya vəsiqə qazannış “Karvan” komandasını məğlub edir – 2:1.

Oxu.az-ın məlumatına görə, futbolçu müayinədən sonra evə buraxılıb. Vəziyyəti yaxşıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600