Qazaxda qatarla avtomobil toqquşdu

media-hightechnic-468x90

Bu gün saat 16:30 radələrində “Ford” markalı avtomobil dəmiryol keçidindən keçid qaydalarını pozaraq Qazax stansiyası istiqamətində hərəkət edən qatarın qarşısına çıxıb.

Bu barədə Yenicag.az- Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub.

ADY hərəkət iştirakçılarına bir daha çağırış edərək onları kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır.

Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin Qazax rayon Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü sürücü Əşrəf Şirinov xəsarət alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600