!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbiristanlıqdan oğurluq edənlər tutuldu

!Reklam – Yazi

Ağcabədi rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub.

Yenicag.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla əlaqədar polisdə cinayət işi başlanılıb. Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri – İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.yenicag.az

1709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv